Sabiq UFC çempionu Konor Makqreqor məşqçilik karyerasına başlamağın əleyhinə deyil. Sport24.az xəbər ki, o, artıq buna hazır olduğunu söyləyib: “Artıq digərlərini məşq etdirməyin zamanı gəlib. Çox enerjiliyəm və mənə gələn belə təklifləri dəyərləndirməyə bilmərəm. Əslində, boks məşqçisi olmuşam və bu mənada təcrübəm var. Hərçənd, bu, çoxdan olub. Kimlərisə məşq etdirəndə, bu mənim texnikamın inkişafına da təkan olur. Kiməsə nəyisə öyrədəndə özüm də güclü oluram. Ona görə də bu qarşılıqlı prosesdi".

Xatırladaq ki, bu il Makqreqor şou proqramı çərçivəsində komandasına daxil olan qaydasız döyüş ustalarını çalışdıracaq və sonda Maykl Çendlerlə döyüşəcək.