"Sərhədçi İdman Mərkəzində" Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatşılığı ilə gənclər, yeniyetmələr və böyüklar arasında Kunq-fu üzrə 31-ci Respublika birinciliyi keçirilib. Sport24.az xəbər verir ki, çempionat beynəlxalq yarışlarda iştirak etmək üçün lisenziya xarakteri daşıyıb.

 

Yarışda 300-dən artıq idmançı medallar uğrunda mübarizə aparıb. Qaliblər gələn il Fransa və İtaliyada keçiriləcək Avropa və dünya çempionatlarında qüvvələrini sınayacaq.