"Neftçi"nin dərdini orda işləyənlər bilir". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis paytaxt təmsilçisinin hazırkı durumu haqqında fikirlərini bölüşüb:

"Samir Abasova etibar etməlidirlər. Komandanı o, formalaşdırıb. Futbolda məğlubiyyətlər, səhvlər olur. Samir Abasovu istefaya göndərsələr, kim gələcək? Yenə xarici? Bilmirəm Samir özü getmək istəyir, ya rəhbərlik belə qərar verib, məncə, qış fasiləsinə qədər qalmalıdır. Rəhbərlik də baş məşqçinin istədiyi futbolçuları gətirib. Onlara sağ ol düşür. Düzdür, uğursuzluğa görə baş məşqçi məsuliyyət daşıyır. Daxildəki problemi özləri bilir. "Neftçi" hər il çempionluğa oynamalıdır, avrokuboklarda çıxış etməlidir. Klubun adı, azarkeşləri bunu tələb edir. Son qərar rəhbərliyindi. Fikrimcə, qışa qədər şans verilməlidir"

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesabı ilə uduzub. Komanda hazırda çempionatda 15 xalla 8-ci pillədə qərarlaşıb.