Dünya Boks Federasiyasının yeni prezidenti müəyyənəşib. Sport24.az xəbər verir ki, qazaxıstanlı keçmiş boksçu Gennadi Qolovkin ali qurumun yeni rəhbəri seçilib.
İtaliyanın paytaxtı Romada keçirilən seçkidə 58 federasiyanın nümayəndələri iştirak edib və Qolovkin yekdilliklə səs toplayıb.
Onun prezidentlik müddəti 3 il olacaq.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qolovkini bu münasibətlə təbrik edib.