"Arsenal"ın hücumameylli yarımmüdafiəçisi Eberiçi Eze Premyer Liqanın 12-ci turunda "Tottenhem"ə qarşı keçirilən matçda het-trik etməklə komandasına Şimali London derbisində qələbə qazandırıb. Sport24.az "LiveScore"yə istinadən xəbər verir ki, 27 yaşlı ingilis Şimali London derbisində debüt oyununda üç qol vuran ilk oyunçu olub. 

 

"Opta"nın məlumatına görə, Eze "Arsenal"ın keçmiş hücumçusu Alan Sanderlenddən (1978) sonra 47 il ərzində "Arsenal"-"Tottenhem" oyununda het-trik edən ilk və bütün zamanların dördüncü oyunçusu olub.

 

Qeyd edək ki, oyun "topçular"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.