Albaniyada futbol üzrə Superliqanının 12-ci turunun bir sıra oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan hücumçusu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" öz meydanında çempionatın lideri "Vllaznia"nı qəbul edib.

 

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. İsgəndərli start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, hazırda "Partizani" 13 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.