Misli Premyer Liqasının XII turunun "Neftçi" – "İmişli" oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Gözəl, fantastik qələbə oldu. "Neftçi"nin böyük rəqib olduğunu bilirdik. Onlara qarşı yaxşı hazırlaşmışdıq. "Neftçi"nin necə oynacağını bilirdik. Boşluqlarından istifadə edə bildik. Oyuna çətin başladıq. Penaltidən buraxdığımız qolla geri düşdük. Bu, "Neftçi" kimi komanda ilə oyunda çətin durumdur. Buna baxmayaraq, toparlandıq. Növbəti dəfə geri düşəndən sonra xarakterimiz özünü göstərdi. Oyundan və komandamda razı qaldım. "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir.

 

– Bu gün Bakıya qələbə üçün gəlmişdiniz, ya bir xal da kifayət edəcəkdi?


– Uşaqlarla danışanda onları qələbəyə kökləyirik. Rəqibimiz güclü oyun göstərirsə, məqsəd uduzmamaqdır. "İmişli" üçün hər xal qazancdır. Bugünkü üç xal isə fantastikdir.

 

– Xarakteri kənara qoysaq, başqa nəyin hesabına qalib gəldiniz? "Neftçi"də nə çatmadı?


– "Neftçi" barədə nəsə deyə bilmərəm.

 

– Birinci oyunda "Neftçi"yə qol vura bilməmişdiniz. Bu dəfə isə 3 qol vurdunuz, bunlardan ikisi də standart vəziyyətdən idi…


– İki oyun arasında fərqlər çoxdur. Birinci oyun mövsümün əvvəlinə təsadüf etmişdi. Bizə komandanı formalaşdırmaq üçün vaxt lazım idi. Ona görə ilk oyunda fərqli "İmişli" idi. İndi isə 4 ay keçib və komanda oyununu tapıb. "Neftçi" ilk komanda deyil ki, üç qol vururuq. İndi məqsədlərimiz daha yüksəkdir. Çox qol vurmaq və hücuma yönəlik oynamaq.

 

– Son dəqiqələrdə legioner hücumçuları əvəzlədiniz. Sanki artıq 2:2-yə razı idiniz.


– Almeyda və Juninyo çox qaçmışdı. Komandanın fiziki yenilənməyə ehtiyacı var idi. "Neftçi"nin sürətli hücumları olurdu. Dəyişiklik etməyə səbəb fiziki cəhətdən müqavimət göstərə bilmək idi.

 

– Qışda transferlərin olması üçün rəhbərliklə danışacaqsınızmı büdcəni artırsın?


– Qış transfer dönəmində oyunçuları almaq daha çətin olur. Xüsusilə də, bizim kimi klublar üçün. "Neftçi", "Qarabağ", "Sabah" səviyyəsində deyilik ki, bahalı oyunçu alaq. Biz avrokubokları düşünmürük. Yeni yaranan komandayıq və stabillik istəyirik. Məqsəd bu heyətlə maksimum nəticəni qazanmaqdır. Hədəf elitada stabil komandaya çevrilməkdir. Hazırda transferlər haqda düşünmürük.

 

– Qarşıda kubok oyunu var və rəqib son qalib "Sabah"dır. Kuboka necə yanaşacaqsınız?


– Futbolçuları hər matçda qələbəyə hazırlayırıq. Məqsədimiz ancaq qalib gəlməkdir. Qarşımızdakı rəqibdən də çox şey asılıdır. "Sabah" cütün favoritidir, biz yox. Amma "Sabah" görür ki, "Neftçi"ni mığlub edirik, onlar da ciddi hazırlaşmağa başlayacaq. Onların da məqsədi kuboku qazanmaqdır. Bizim hədəf isə oyundan-oyuna qələbədir.