"İndiki durumda nəsə deyə bilməyəcəyəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

"Ağ-qaralar"ın 46 yaşlı sabiq funksioneri komandanın hazırkı durumu ilə bağlı danışmaq istəməyib:

"Neftçi"yə uğurlar arzulayıram. Hansı qərarı verəcəklər? Onu da deyə bilmərəm".

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesabı ilə uduzub. Komanda hazırda çempionatda 15 xalla 8-ci pillədə qərarlaşıb.