"Liverpul"un kapitanı Virgil van Deyk Premyer Liqanın 12-ci turunun ev oyununda "Nottingem Forest"ə 0-3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Arne Slot haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə jurnalist Fabrisio Romanoya açıqlama verib:

 

"Biz həm onu məyus etdik, həm də özümüz məyus olduq. Əvvəlcə özümüzə baxmalı, sonra bir-birimizə kömək etməli, bu qarışıqlıqdan çıxmağa çalışmalıyıq. Hazırda həqiqətən də düşərgəmizdə qarışıqlıq hökm sürür. Bu faktdır və bunu gizlətmək mümkün deyil".

 

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqada 11-ci yerdədir. Arne Slotun komandası 12 oyundan 18 xal toplayıb. "Qırmızlar" növbəti oyunu Çempionlar Liqasında PSV-yə qarşı keçiriəcək.