AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

 

Məmmədov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

 

Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən "Ali Sami Yen" stadionunda baş tutacaq.