Məşhur proumoter Frenk Uorren superağır çəkidə WBC çempionu Tayson Fyurinin Məhəmməd Əlinin dövründən bəri ən güclü boksçularla üz-üzə gələn döyüşçü adlandırıb. Sport24.az xəbər verir ki, o, britaniyalı əlcək ustasının heş kimdən qorxmadığını deyib: “İnsanlar Tayson Fyurinin qarşısında baş əyməlidi. O, Məhəmməd Əli, Corc Forman və Co Freyzerin dövründən bəri ən güclülərlə döyüşən yeganə boksçudu. Fyuri öz dövrünün ən gücli əlcək ustası Vladimir Kliçko ilə qarşılaşdı və onu məğlub etdi. Tayson ABŞ-a yollanın uzun illər kəməri əlində saxlayan Deontey Uaylderi 3 dəfə üstələməyi bacardı. İndi isə onu 2 dəfə Entoni Coşuanı məğlub edərək 3 kəməri əlində saxlayan Aleksandr Usiklə döyüş gözləyir. Halbuki, Lennoks Lüis Mayk Tayson Riddik Bou ilə onların güclü olduğu vaxtlarda döyüşməkdən qorxdu”.