Beynəlxalq Boks Assosiasiyası (İBA) Avropa Oyunlarının lisenziya xarakteri olmasının əleyhinədi. Sport24.az xəbər verir ki, məsələ ondadır ki, Avropa Oyunlarında iştirak edən boksçular yet tutacağı halda, Paris Olimpiadasına vəsiqə qazanır.

Rusiya boksçuları Avropa Oyunlarında iştirak etməyəcəyinə görə onlar bu imkandan məhrum olacaq. Ona görə də İBA BOK-a bu məqsədlə müraciət edib.

Xatırladaq ki, Beynəlxalq Boks Assosiasiyası Rusiya və Belarus əlcək ustalarına öz bayrağı ilə mübarizə aparmağa imkan verir. Amma onu da unutmayaq ki, bu qurumun rəhbəri rusiyalı Umar Kremlyovdur.