Karyerası ərzində keçirdiyi heç bir görüşdə məğlub olmayan WBC versiyası üzrə superağır ç.əkidə dünya çempionu Tayson Fyuri Entoni Coşua ilə döyüşmək istəmədiyini söyləyib. Sport24.az xəbər vürir ki, britaniyalı boksçu həmyerlisi ilə üz-üzə gəlməyin artıq onun üçün maraqlı olmadığını bildirib.

Son dünya çümpionu fikirlərini belə əsaslandırıb: “Artıq bu haqda danışmaq istəmirəm. Hər şey bitib. Entoni Coşuaya aid suallara cavab verməyəcəyəm. Mənim gözümdə o adam ölüb. Bundan sonra aramızda həll olunmayan heç bir məsələ qalmadı. 2017 və 2022-ci illərdə biz döyüş təşkil etmək istədik, amma alınmadı”.

Qeyd edək ki, Fyurinin apreldə Aleksandr Usiklə döyüşəcəyi gözlənilir. Coşua isə Cermeyn Franklinlə üz-üzə gələcək