Rusiya və Belarus boksçularının dünya çempionatına buraxılması dünyanın aparıcı ölkələrinin hiddətinə səbəb oldu. Sport24.az xəbər verir ki, nəticədə qadınlar və kişilər arasında mundialı boykot edənlərin sayı çoxaldı.

Amma Fransa Boks Federasiyası boykotlara qoşulmayıb. Qurumun prezidenti Domenik Nato addımlarını belə izah edib: “Fransa növbəti Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Məhz buna görə biz neytrallığımızı qorumağa çalışdıq. Təbii ki, belə ciddi qərar verməzdən əvvəl mən ölkə rəhbərliyi ilə əlaqə saxladım. Onlar da mənə boykotçulara qoşulmamağı məsləhət gördü”