Fiqurlu konkisürmə Olimpiya çempionu Alina Zaqitova boksla məşğul olmağa başlayıb. Sport24 az xəbər verir ki, rusiyalı idmançı sosial şəbəkədə addımını belə izah edib: “Boksla məşğul olmağımı anlamayanlar üçün yazıram: bununla gərginliyi üzərimdən atıram və mənfi enerjini boşaldıram. Mən küçədə insanlarla dalaşmayacağam, doğrudur? Ona görə də boks məşqçisinin yanına gedib bu idman növü ilə məşğul oluram. Yeri gəlmişkən, bunu sizə də məsləhət görürəm”.

Xatırladaq ki, Zaqitova fiqurlu konkisürmə yarışlarında bütün titulları qazanıb. O, Olimpiya çempionu olmaqla yanaşı dünya və Avropa çempionatlarında, həmçinin Qran-pri yarışlarında qızıl medal qazanıb. Alina 2019-cu ildə karyerasını başa çatdırdığını açıqlayıb.