Tayson Fyurinin promouteri Frenk Uorren onun növbəti mümkün döyüşü haqda danışıb. Sport24.a xəbər verir ki, Fyuri məhşur qaydasız döyüşçülər - Con Cons və ya Frensis Nqannudan biri ili ilə döyüşə bilər.

Uorren Aleksandr Usikə qarşı baş tutmayan görüşdən də danışıb. Superağır çəki dərəcəsində dünya çempionu olan və indiyə qədər keçirdiyi 33 döyüşdən 32 qələbə, 1 bərabərliklə ayrılan Fyuri ötən ilin dekabrından bu yana rinqə çıxmayıb: "Fyuri döyüşməyə hazırdı. Bir şey etməli və onun üçün döyüş təşkil etməliyik. Əlini yanına qoyub sakit oturmaq onluq deyil. Cons və ya Nqannuya qarşı döyüş həqiqətən böyük maraq doğura, eləcə də böyük pullar qazandıra bilər. Bu döyüşün artıq bu il keçirilməsinin qarşısında heç bir ciddi maneə görmürəm. Onlar boks qaydaları ilə döyüşməyə razıdılarsa, Fyuri lap sabah da rinqə çıxmağa hazırdı. Bu, boks dünyasında əsl partlayış olardı. Düzdü, hər şey bəzi faktorlardan asılıdı. Amma bu, yarımçıq açılmış qapıya bənzəyir. Onu tam açmaq üçün çox da güc sərf etməyə ehtiyac yoxdu. Usikə gəlincə, bu il onunla 3 dəfə döyüş təşkil etməyə çalışdıq. Amma sosial şəbəkələrdə yazdığı sözlərin əksinə o, Fyuriyə qarşı döyüşməkdə maraqlı deyilmiş. Usik istəsəydi, Fyuri ilə çoxdan üz-üzə gələrdi. Sadəcə gözləməyə üstünlük verir. O düşünür ki, Səudiyyə Ərəbistanında döyüşsə, 70 milyon dollar qazanacaq. Onu başa düşürəm. Amma döyüşün Fyuri üzündən alınmadığını iddia edənləri başa düşmürəm''.