Beynəlxalq Boks Assosiasiyasının (İBA) Çexiya Boks Federasiyasının üzvlüyünü dondurması nəticəsində qalmaqal böyüyür. Sport24.ax xəbər verir ki, çexlər Umar Kremlyovun rəhbərlik etdiyi qurumu Rusiyaya pərəstişdə ittiham edir.

Bu ölkənin boks federasiyasının prezidenti Marek Şimak mətbuata açıqlamasında sərt açıqlamaları ilə diqqət çəkib: “Onlar bu qərarı bizdən xəbərsiz qəbul etdi. Heç kim demədi ki, bu qərarın arxasında kim durur və ya biz buna görə appelyasiya şikayəti edə bilərikmi? İBA avtoritar qurumdur. Özləri də Rusiya və Belarus boksçularının tamhüquqla beynəlxalq yarışlara buraxılması qərarını qəbul etdi. Bu, biabırçı qərardı. Qarşıdakı 6 ayda bizi beynəlxalq yarış təşkil etmək hüququndan məhrum ediblər. Amma Polşada keçiriləcək Avropa Oyunlarında iştirak edə bilərik. Nə yaxşı ki, bu turnir İBA-ya aid deyil. Hərçənd, onlar bunun əksini sübut etməyə çalışırlar”.