Kişi boksçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının yeni mərhələsinə qədəm qoyub. Sport24.az xəbər verir ki, Almaniya mərhələsini başa vuran milli komandamız baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında hazırlıqlarını Bakıda sürdürür.

 

Bakı Boks Mərkəzində gerçəkləşən təlim-məşq prosesinə Türkmənistan seçməsi də qoşulub. Komandaların birgə hazırlığı avqustun 22-dək davam edəcək.

 

Bu toplanış Bolqarıstanda təşkil olunacaq qitə birinciliyinə hazırlıq məqsədi daşıyır.