Azərbaycanlı boks hakimi Anar Babanlı beynəlxalq təyinat alıb. Sport24.az xəbər verir ki, referi Asiya çempionatının görüşlərində ədaləti qoruyacaq.

Bu gün start götürəcək yarış Taylandın paytaxtı Banqkokda keçiriləcək. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan təmsilçimiz qitə birinciliyinə Asiya Boks Konfederasiyası tərəfindən neytral referi kimi dəvət alıb.

Yarış aprelin 28-dək davam edəcək.