Serbiyanın Loznitsa şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan 13 idmançı ilə təmsil olunacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Avqustun 13-də startı veriləcək yarış 9 gün davam edəcək. Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.
Qeyd edək ki, Emil Qurbanəliyevlə Asif Məmmədov qitə birinciliyinin hakimləri sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.