Azərbaycan boksuna itki üz verib. Sport24.az xəbər verir ki, əməkdar məşqçi, SSRİ idman ustası Mahir Hüseynov dünyasını dəyişib.

O, bir müddət öncə yerləşdirildiyi tibb müəssisəsində koronavirusdan vəfat edib.

Mahir Hüseynov Gəncə boks məktəbinin yaradıcılarından olub. Onun tələbələri dünya, Avropa və Azərbaycan çempionatlarında uğurlu çıxışı ilə fərqləniblər.

Azərbaycan Boks Federasiyasının kollektivi Mahir Hüseynovun vəfatından kədərləndiyini bildirib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.