Almaniyanın boks üzrə Avropa çempionu Besar Nimani güllələnərək öldürülüb.

Sport24.az xəbər verir ki, sabiq boksçu evinə getdiyi zaman silahlı toqquşma nəticəsində ölüb.

Polis araşdırmalara başlasa da, hələ ki, heç bir şübhəli saxlanılmayıb.

Qeyd edək ki, 38 yaşlı Nimani 2013-cü ildə də silahlı hücuma məruz qalmışdı.