Yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi Ağası Məmmədova ağır itki üz verib. Sport24.az xəbər verir ki, dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının atası Ağagül Məmmədov 72 yaşında vəfat edib.

Bununla əlaqədar Azərbaycan Boks Federasiyası mərhumun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!