"Zirə" Misli Premyer Liqasında yeni mövsümün startında ciddi itkiylə üzləşib. Sport24.az xəbər verir ki, komandanın əsas qol ümidi olan hücumçusu Hamidu Keyta nəinki bu gün "Kəpəz"ə qarşı, ilk 2 turda oynamayacaq.

Buna səbəb Hamidunun keçən çempionatın son turunda "Şamaxı"yla səfər matçında birbaşa qırmızı almasıdı. Bu cəzalar isə növbəti mövsümə şamil olunur və Keyta AFFA İntizam Komitəsinin 2 oyunluq cəzasını çəkməlidi.

Onu da bildirək ki, "Zirə" II turda evdə avqustun 12-də "Sabah"la görüşəcək.