"Sabah" klubundan ayrılan Vinsent Till karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, lüksemburqlu yarımmüdafiəçi Azərbaycanda qalacaq.

O, "Zirə" ilə anlaşıb və hər hansı problem çıxmasa komandanın Türkiyədəki təlim-məşq toplanışına qoşulacaq.

Qeyd edək ki, lüksemburqlu oyunçu 2023-cü ildən "Sabah"da çıxış edib