UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zirə" - "Payde" görüşünün hakim təyinatları məlum olub. Sport24.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan Dario Bel idarə edəcək.
Ona həmyerliləri İvan Yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.
Qeyd edək ki, "Zirə" - "Payde" cavab görüşü iyulun 30-da Sumqayıtda keçiriləcək. İlk oyun Estoniya təmsilçisinin (1:0) qələbəsi ilə yekunlaşın.