"Neftçi"dən ayrılan Ryonosuke Ohorinin yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, yapomiyalı yarımmüdafiəçi karyerasını Serbiyada davam etdirəcək.
Ohori "Radnik"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Ryonosuke Ohori 2025/26 mövsümündə icarə əsasında "Kəpəz"də çıxış edir. O, "sarı-göylər"in heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol vurub.