Premyer Liqanın XVI turunda 2-ci oyun yekun vuracaq Zirədəki görüşün iştirakçıları arasında 6 futbolçu vərəqə limitini aşmaq üzrədi. Sport24.az xəbər verir ki, bunlardan çoxu - 5-i "Zirə"yə bağlıdı.
Belə ki, müdafiəçi Məqsəd İsayev, yunanıstanlı Dimitrios Çantaikas, yarımmüdafiəçilər - niger İssa Cibriel, italiyalı Pyer Zebila və ukraynalı Eldar Quliyev cari çempionatda hərəyə 3 sarı vərəqə alıb. "Araz-Naxçıvan"da isə belə futbolçu yalnız müdafiəçi Abdulla Rzayevdi.
Onlar bu gün rəsmi xəbərdarlıq alarlarsa, cəzalı vəziyyətdə olacaqlar.
Xatırladaq ki, "Zirə" növbəti turda "Turan Tovuz"un qonağı olacaq, "Araz-Naxçıvan" "Sabah"ı qəbul edəcək.