Misli Premyer Liqasının III turundan təxirə salınan oyuna təyinatlar açıqlanıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" və "Araz-Naxçıvan" komandaları arasında keçiriləcək matç Rauf Cabbarova tapşırılıb.

 

Onun köməkçiləri Eyyub İbrahimov və Asiman Əzizli olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.