"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, qəsəbə təmsilçisi bir müddətdir danışıq apardıqları kamerunlu vinger Luis Rodriq Bonqongi ilə anlaşma əldə edib.
Fransa "Sedan"ının yetirməsi olan 28 yaşlı hücumameylli yarımmüdafiəçi "Les Erbye" və "Paris" klublarının da formasını geyinib. O, həmçinin Xorvatiyanın "Slaven Belupo", Sloveniyanın "Tabor" və İsrailin "Hapoel" (Hadera) komandalarında da çıxış edib.