"Malmö" İsveçin ən güclü komandalarından biridir. Bu mövsüm avropadakı çıxışlarına Çempionlar Liqasından başlayıblar". Bu sözləri Sport24.az-a açıqlamasında vaxtilə "Qarabağ"ın formasını geyinmiş, hazırda "Zirə"nin futbol akademiyasının koordinatoru postunu tutan Zaur Həşimov bildirib.
Veteran futbolçu Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Malmö" oyununu barədə fikirlərini bölüşüb:
"Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, rəqib komanda Bakıya qələbə üçün gələcək. "Qarabağ" ilk oyunda səfərdə "Tottenhem"ə məğlub oldu. Qələbə qazanmaq üçün əla şansdı. İnanıram ki, komandamız bu oyunda 3 xal qazanmaq üçün bütün imkanlardan istifadə edəcək. Çox maraqlı qarşılaşmanın şahidi olacağıq. "Qarabağ"a uğurlar arzu edirəm".
Həşimov "Qarabağ"ın qrupdan çıxacağına da inandığını söyləyib: "Qrupdan çıxmaq üçün evdəki oyunlarda toplanan xallar həlledici rol oynayacaq. Fikrimcə, "Qarabağ" qrupdan çıxmağı bacaracaq".
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı oktyabrın 3-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.