17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.

Sport24.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 4-cü qrupunda Slovakiya və Latviya komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Latviyada keçiriləcək.

Oyunların təqvimini və qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Latviya – Azərbaycan
23 oktyabr. Salaspils. Salaspils BSS stadium. Saat 20:00
Hakimlər: Lisa Benn, Sophie Dennington (İngiltərə), Line Cathrine Nymoen, Emilie Torkelsen (Norveç)
 
Azərbaycan – Slovakiya
26 oktyabr. Salaspils. Salaspils BSS stadium. Saat 14:00
Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)