21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Samir Əliyevin komandası ukraynalı həmyaşıdları ilə görüşüb.

Bu ölkənin yığmaları məlum səbəbdən rəqiblərini neytral meydanda qəbul etdiyindən, matç Ukraynada olmayıb. Belə ki, Azərbaycan Ukrayna ilə görüşə İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda çıxıb.

21 yaşlılarımız qrup lideri olan rəqibinə minimal hesabla uduzub. Samir Əliyevin komandası 3 xalla qrupda 4-cü yerdə gedir. 

F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu 2:0 hesabıyla yenib, İngiltərə isə Şimali İrlandiyanı qəbul edir.

 

 

21 noyabr (çərşənbə axşamı)

22:00. Ukrayna - Azərbaycan - 1:0 

Qol: V.Brajko, 34

Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).

Mursiya. “Nueva Kondomina” stadionu.

 

Ukrayna: 1. Ruslan Neşçeret, 5. Vitali Roman, 13. Volodimir Salyuk, 16. Arseni Batahov, 2. Konstantin Vivçarenko, 10. Yeqor Yarmolyuk, 17. Volodimir Brajko, 8. Oleq Oçeretko, 14. İllya Kvasnitsia, 20. İqor Krasnopir, 9. Nazar Voloşin

Baş məşqçi: Unay Melqosa

Azərbaycan: 1. Rüstəm Samiqullin, 13. Qurban Səfərov, 15. Süleyman Damadayev, 4. Cəlal Hüseynov, 21. Mahir Həsənov, 2. Abdulla Rzayev, 7. Camal Cəfərov, 10. Veysəl Rzayev, 8. Fərid Yusifli, 9. Nəriman Axundzadə, 19. Samir Abdullayev

Baş məşqçi: Samir Əliyev 

 

Xal durumu: Ukrayna - 12 (4 oyun), İngiltərə - 9 (4), Serbiya - 6 (4), Azərbaycan - 3 (3), Lüksemburq - 3 (5), Şimali İrlandiya - 3 (4).