"Çelsi"nin futbolçusu Villiam Estevao karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" saytı məlumat yayıb.
"Barselona" braziliyalı hücumçunun xidmətində maraqlıdır.
Estevao özü də "Çelsi"dən ayrılmağa müsbət yanaşır. O, oyun praktikasının azlığından narazıdır.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2033-cü ilin yayına kimidir.