Millətlər Liqasının Azərbaycan yığmasının rəqibi olan Slovakiya millisi iki yoldaşlıq oyunu keçirəcək. Sport24.az xəbər verir ki, AVRO-2024-ə hazırlaşan slovakiyalılar iyunun 5-də Avstriyada San-Marino, 4 gün sonra, daha dəqiq desək, iyunun 9-da "doğma divarlar" arasında Uelslə qarşılaşacaq.

 

Azərbaycan millisinin rəqibi Almaniyada təşkil olunacaq qitə çempionatında Belçika, Rumıniya və Ukrayna milliləri ilə eyni qrupda çıxış edəcək.

 

Qeyd edək ki, millimiz sentyabrın 8-də və oktyabrın 14-də Slovakiya ilə üz-üzə gələcək