"Hər futbolçu kimi mən də dəvət gözləyirdim, amma olmasaydı da normal qarşılayacaqdım". Bu sözləri Sport24.az-a açıqlamasında Türkiyənin "Boluspor" klubunda çıxış edən Vüsal İsgəndərli deyib. 

 

29 yaşlı futbolçu Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunları üçün Azərbaycan milliisinə çağırılmaması ilə bağlı fikirlərini bölüşüb: 

 

"Klubumda aldığım oyun vaxtı mənə görə azdır. Bu səbəbdən dəvət almamağı normal qarşıladım. Növbəti toplanışa çağırılmaq üçün çalışacağam". 

 

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də Belarusla üz-üzə gələcək.