"Başlanğıc bizim üçün yaxşı olmadı. Belə ki, 16 oyunda qələbə qazanmadan mövsüm sonunda 7-ci pilləni tutmuşuqsa, fikrimcə, pis nəticə deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

Təcrübəli müdafiəçi cari mövsümdəki nəticəni qənaətbəxş hesab edir: "Bu müddət ərzində çox futbolçu getdi, yeniləri gəldi. Düşünürəm ki, bu çətinliyin yekununda qənaətbəxş nəticədirə".

Qeyd edək ki, "Sumqayıt" mövsümü 7-ci pillədə başa vurub.

 

KAMAL RZA