Ptremyer Liqada medallara əsas iddiaçılardan olan "Zirə"nin zədəli futbolçularının durumu müəyyənləşib. Klubdan Sport24.az-a verilən məlumata görə, "Neftçi" ilə Premyer Liqanın XVII turunda zədələnən Davit Volkov dünən Türkiyədə əməliyyat olunub. Çiynində körpücük sümüyü qırılan 26 yaşlı gürcü hücumçunun 8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Məşqdə zədələn digər əcnəbi forvard - yeni legioner Filipe Paxtmanın durumu isə daha ciddidir. Yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq 21 yaşlı braziliyalı hücumçu 6 ay oynaya bilməyəcək. Bu isə hazırkı mövsümün onun üçün erkən başa çatması deməkdir.