"Qarabağ"ı çətin oyun gözləyir. Buna baxmayaraq təmsilçimizdən yalnız qələbə gözləyirik. İnanıram ki, doğma azarkeşlər önündə bizi sevindirəcəklər". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev bildirib.
Xəbər verdiyimiz kimi, Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveçin "Malmö" klubu ilə qarşılaşacaq.
Veteran futbolçu Skandinaviya təmsilçisi ilə görüşdə təmsilçimizin şanslarını dəyərləndirib: "İsveç klubları hava toplarında inamlı təsir bağışlayırlar. Həmçinin fiziki hazırlıqları da göz oxşayır. Cinahlarda etibarlı oyunları ilə seçilirlər. "Qarabağ"ın heyətində sürətli futbolçular çoxdur. Fikrimcə, bu hal komandamıza oyun ərzində xeyir verə bilər".
Mütəxəssis həmçinin"Qarabağ"ın qrup mərhələsindən çıxa biləcəyinə inanmadığını deyib: "Proqnozlarım həmişə məni yanıldıb. İnşallah, bu dəfə də yanılaram. Amma "Qarabağ"ın qrup mərhələsini adlamasına inanmıram".