"Sumqayıt" gələn həftə Vaqif Cavadovla daimi əsasda müqavilə bağlayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik 35 yaşlı məşqçinin işindən razıdı.
"Kimyaçılar"ın ikinci dövrədə Cavadovun rəhbərliyi altında 13 xal toplaması klubun başbilənlərini qane edir.
Qeyd edək ki, Samir Abasovun "Neftçi"yə gedişindən sonra "Sumqayıt"ın "sükanı" müvəqqəti Cavadova tapşırılmışdı.