Misli Premyer Liqasının XXV turunun "Sabah" – "Araz-Naxçıvan" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Demək olar, bir az üstünlüyümüz var idi. Çoxlu qol imkanları yaratdıq. Qollar vurduqdan sonra asan qollar buraxdıq.

 

– Qolların buraxılması diqqət pozğunluğundan və ya kubok matçından ola bilər?

– Əlbəttə, bəzən konsentrasiya futbolda çox diqqət edilməyən dəyərdir. Səhvlər nəticəsində qollar buraxılır. Yüksək iddiaları olan komanda üçün belə konsentrasiya pozğunluğu qəbuledilməzdir.

 

– Daha çox kuboka köklənəcəyinizi düşünmək olar?

– Hələ heç nə itirməmişik. Çempionatda gözlənilməz nəticələr olur. Məqsədimiz hər oyundan qalib ayrılmaqdır.

 

– Kubokda növbəti rəqibiniz "Neftçi"dir. Onların baş məşqçisi Samir Abasov oyunçuları Bassalu Sambunun cəzalanmasına münasibət bildirərkən, onun bilərəkdən kubokda oynamasına icazə verilmədiyinə eyham vurub. Bu haqda fikirləriniz nədir?

– Epizodu görməmişəm, nəsə deyə bilmərəm. Digər komandalara yox, özümüzə baxırıq. "Sabah" olaraq hakimlərdən danışmamağı seçirik.

 

Nuh Tarverdiyev