İsrailin "Makkabi" (Netanya) klubunda çıxış edən futbolçu Freddi Varqasın "Neftçi"yə keçidi baş tutmaya bilər. Sport24.az-a verilən məlumata görə, bu transferin gerçəkləşmə ehtimalı azdır.
"Ağ-qaralar" Netanya təmsilçisi ilə danışıqlarda irəliləyiş əldə edə bilməyiblər.
Qeyd edək ki, "Neftçi" 26 yaşlı venesuelalı vingeri icarəyə götürmək istəyir.