"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az kluba istinadən bildirir ki, komanda Uğur Cahangirovu heyətinə qatıb.

 

25 yaşlı futbolçu növbəti iki mövsümü komandada keçirəcək.

 

Uğur Cahangirovun son klubu "Karvan-Yevlax" olub. Ondan əvvəl isə Cahangirov "Sumqayıt"ın formasını geyinib.

 

Yarımmüdafiəçi 2023-cü ildə "Şamaxı"nın şərəfini qoruyub.