Avrokuboklarda həftənin oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib. Sport24.az-ın məlumatına görə, Azərbaycan 2025/2026 mövsümündə ilk əmsalını qazanıb.

Bu, "Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyada "Çelye" ilə əlavə vaxtda heç-heçə etməsi (3:3, əsas vaxt 2:3) sayəsində mümkün olub. Xatırladaq ki, Bakıda rəqibinə 2:3 hesabı ilə uduzan "Sabah" turnirlə vidalaşıb. Paytaxt təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirəcək.

 

"Sabah"ın heç-heçəsi ölkəmizə 0,125 əmsal qazandırıb. Azərbaycan (17,250) hazırda 29-cu pillədə qərarlaşıb.

30-cu Bolqarıstanın 16,500, 28-ci Ukraynanın 17,875 əmsalı var.

 

Qeyd edək ki, UEFA reytinqinə 94,839 əmsalla İngiltərə başçılıq edir.