UEFA-nın rəsmi saytı Konfrans Liqasının H qrupununun “Qarabağ” – “Bazel” matçı haqda yazıb. Sport24.az xəbər verir ki, qitə futbol qurumu Ağdam klubunun avrokubokların qrup mərhələsindəki ev oyunlarının statistikası barədə məlumat verib: "Qarabağ" bu mövsüm Bakıda keçirdiyi 3 avrokubok matçının heç birində qol buraxmayıb. Amma qrup mərhələsində 13 matçdır ki, qələbə qazana bilmir. Bunun 9-da "Qarabağ" uduzub. Ötən mövsüm isə komanda qrup oyunlarını İstanbulda keçirib. "Qarabağ"ın qrupdakı son qələbəsi, 2016/17 mövsümündə Avropa Liqasının qrup oyununa təsadüf edir. Həmin vaxtı ağdamlılar PAOK-a (2:0) qalib gəlib".

Xatırlada qki, "Qarabağ" – "Bazel" matçı sentyabrın 16-da Bakı Olimpiya Stadionunda saat 20:45-də başlayacaq.