Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununun statistikası açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
"Benfika" - "Qarabağ" 
Portuqaliya təmsilçisi Çempionlar Liqasında (əvvəlki Avropa Çempionlar Kuboku) 45-ci dəfə mübarizə aparacaq. Komanda bu göstəricidə yalnız İspaniya təmsilçisi "Real"dan geri qalır - 56. 
"Benfika" qitənin bir nömrəli klub turnirində son üç mövsümün ikisində ilk matçda qalib gəlib. 
"Qarabağ" 2027/2018 mövsümündə qrup mərhələsində çıxış etdikdən sonra UEFA Çempionlar Liqasına ikinci dəfə vəsiqə qazanıb. Klub yarışın bu mərhələsinə yüksələn yeganə Azərbaycan komandasıdır.
"Qarabağ" ardıcıl 12-ci mövsümdür ki, UEFA turnirlərinin qrup/liqa mərhələlərində mübarizə aparır. 
Azərbaycan təmsilçisi daha əvvəl UEFA turnirlərində iki dəfə Portuqaliya klubları ilə üz-üzə gəlib. 2018/2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə iki görüşdə uduzan (0:2, 1:6) kollektiv, 2023/2024 mövsümündə eyni turnirin pley-offunda iki matçın nəticəsinə əsasən "Braqa"dan güclü olub - 6:5.
 
     
                         
                 
                 
                 
                 
                