Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Sparta" (Çexiya) - "Aberdin" (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

 

Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən "Letna" stadionunda baş tutacaq.