21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək.

 

"Dalğa Arena"da baş tutacaq matç saat 19:00-da start götürəcək. Rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, U-21 isə altıncı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.

 

 Avropa çempionatının seçmə mərhələsi

9-cu tur

19:00. Azərbaycan (U-21) - Serbiya (U-21)

Hakimlər: Bastyen Deşepi, Aleksis Oje, Parin Le Telye, Floren Batta. 

Mərdəkan. "Dalğa Arena"