21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Rəşad Eyyubovun çalışdırdığı komanda Bakıda Portuqaliya komandasını qəbul edəcək.

 

"Palms Sports Arena"da təşkil olunacaq qarşılaşma saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 13 xalla liderdir.