"Kəpəz"in növbəti mövsüm üçün heyətdə saxlamaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az bu barədə Gəncə təmsilçisindəki mənbədən məlumat əldə edib.

"Sarı-göylər"in baş məşqçisi Azər Bağırov portuqaliyalı müdafiəçi Dioqo Verdaskanın çıxışından razıdır.

Mütəxəssis rəhbərliyə 29 yaşlı oyunçunu heyətdə saxlamaq istədiyini bildirib.

Qeyd edək ki, Dioqo Verdaska 2024-cü ildən "Kəpəz"də çıxış edir. O, cari mövsüm Misli Premyer Liqasında 21 (1890 dəqiqə), Bizon Azərbaycan Kubokunda 2 (180 dəqiqə) matçda meydanda olub.